Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yerli sayt Böyük Britaniyanın Oksford şəhərində mükafatlandırılıb


"Azerbaijans.com" saytının layihələri  beynəlxalq mükafata layiq görülüb. "ICTnews" elektron xəbər xidmətinə bu barədə saytın redaksiyasından məlumat verilib. Redaksiyadan bildirilib ki, bu günlərdə Böyük Britaniyanın Oksford şəhərində Avropa Biznes Assambleyasının təşkilatçılığı ilə "Oksford Liderlər Sammiti" keçirilib.

"Azerbaijans.com", "Azerbaijanphoto.com" və "butalife.com" saytları Assambleyanın Sokrat Komitəsi tərəfindən web-resursların inkişafı və həyata keçirilməsi üçün innovativ ideyalara görə saytların ideya müəllifi və qurucusu İlham Abduyev "Ən yaxşı iş" diplomuna və "İlin meneceri" medalına layiq görülüb.

Əsasnaməyə görə, laureat 5 il müddətində mükafatın aktiv brendlərindən biznes sənədlərində, məhsullarda, etiketlərdə, internet resurslarda, çap və elektron KİV-də və eləcə də istənilən reklamlarda və digər məqsədlər üçün istifadə etmək hüququna malikdir: "Müsabiqədə 30 ölkədən 100-ə yaxın dövlət rəsmisi, səfirlər, iş adamları, mədəniyyət, elm və ictimai xadimlər, o cümlədən Argentinanın Böyük Britaniyadakı səfiri Aramburu Alejandro Pineiro, Kambocanın Böyük Britaniyadakı səfiri Bora Hor Nam, Lordlar Palatasının üzvü Cons Diqbi, Thames Valley Ticarət Palatasının Xarici Əlaqələr üzrə direktoru Hovel Kristina, Avropa Rektorlar Klubunun prezidenti Qudhir Vil və s. iştirak ediblər.

Qeyd edək ki, Avropa Biznes Assambleyası iqtisadiyyatın inkişafı və idarə edilməsi, sosial və humanitar fəaliyyətlər üçün yaradılmış bir təşkilatdır. Assambleyanın əsas məqsədi dünya təcrübəsinə əsaslanaraq iqtisadiyyat, mədəniyyət, təhsil və elm sahələrində milli biznes elitasının ərsəyə gətirilməsinə kömək göstərib onları bir araya gətirmək, dinamik inkişaf edən region, şirkət və şəxsləri Avropa ictimaiyyətinə tanıtmaqdır". 
 
HƏQİQƏT





30/10/12    Çap et