Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azərfon” telefon danışıq haqları rayon poçt şöbələrində də qəbul olunur
Region poçt şöbələrində “Azərfon”un telefon danışıq haqları qəbul olunur. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə “Azərpoçt” MMC-dən məlumat verilib.
Bütün poçt şöbələrində xidmətin təşkili üçün tərəflər arasında müqavilə imzalanıb, texniki məsələlər həllini tapıb. Artıq istənilən şəxs rayon poçt şöbələrində öz “Nar mobile” nömrəsinə danışıq pulu ödəyə bilər.
Xatırladaq ki, bir neçə il əvvəl “Azercell” və “Bakcell” MMC-lərin abunəçilərindən xidmət haqlarının qəbulu təşkil edilib.
RƏVAN
30/10/12 Çap et