“Google” kredit kartı ilə reklam yerləşdirəcək
“Google” korporasiyası reklamını axtarış saytında yerləşdirmək istəyən şirkətlər üçün kredit kart sistemini istifadəyə verib. “Reuters”-in məlumatına görə, “AdWords Business” kredit kartları yalnız “Google” saytında reklam yerinin alınması üçün istifadə edilə bilər.
Bu kartlar əsasən, orta və kiçik biznesin nümayəndələrinə istiqamətlənib və internetdə reklam yerləşdirmək üçün onların imkanlarını artırır. Kiçik şirkətlərin öz biznesini tez-tez, xüsusilə bayram satışları dövründə reklam etmək üçün vəsaitləri çatmır, “Google” şirkətinin dünya onlayn-satışları üzrə vitse-prezidenti Kler Conson vəziyyəti belə izah edib.
“Google” şirkətində hesab edirlər ki, illik az faiz (8,99), geniş kredit xətti və xidmət üçün ödəmələrin yoxluğu potensial elan verənlərin diqqətini cəlb edəcək. “Google” bildirib ki, 8,99 faiz ödəmə müştərilərin cəlb edilməsi üçün reklam aksiyası deyil, gələcəkdə də belə olacaq. “Google” kredit kartının alınmasına dəvətləri iyul ayının 20-dən göndərməyə başlayıb. Dəvətlərin ilk seriyasını yalnız seçilmiş elan verənlər alacaqlar. Onların sayı haqqında məlumat verilmir.
lenta.ru