Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ekoloji təmiz smartfon hazırlanıb
Dünyada ilk bambuk smartfonun istehsalçısı qurğunun son dizaynını ictimaiyyətə təqdim edib, həmçinin onun xüsusiyyətləri və qiyməti haqqında məlumat verib. Ekoloji telefonun istehsalı üçün lazımi məbləği "Kickstarter" saytı vasitəsilə toplamaq planlaşdırılır.
"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, bambuk smartfon 1,4 QHs takt tezlikli dördnüvəli "Samsung Exynos 4" prosessoru ilə təchiz olunacaq. Qurğu 1 QB əməli yaddaşa və 16 QB daxili daşıyıcıya malikdir.
"Adzero" 1280x720 piksel təsvir ölçüsünə malik 4,5 düymlü ekrana, 2050 milliamper/saat tutumlu akkumulyatora, 8 meqapikselli əsas və 0,3 meqapikselli ön kameraya malik olacaq.Telefonun qiyməti 700 dollar təşkil edəcək.
EMİL
31/10/12 Çap et