Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Amerikalılar mükəmməl rəngli elektron kağız yaradıblar
Elektron kağızın yaradılması texnologiyası kifayət qədər yeni olsa da, ona böyük ümidlər var. Bu yaxınlarda Sinsinnati şəhərində yerləşən universitetdə çalışan amerikalı alimlərin professor Ceyson Xaykenfeldin rəhbərliyi altında yaratdığı yeni rəngli elektron kağız nümunəsi göstəricilərinə görə bütün mövcud analoqlarını üstələyir.
“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, yeni texnologiya sayəsində yeni rəngli elektron kağızda fotonun yenilənmə tezliyi 15 milli-saniyə təşkil edir. Müqayisə üçün qeyd edək ki, digər mövcud analoqlarda yenilənmə tezliyi ən azı 250 milli-saniyə təşkil edir və bu göstərici videoçarxların və istənilən digər dinamik məzmunun göstərilməsi üçün çox yüksəkdir.
Mütəxəssislər bildiriblər ki, onlar hələ ki mükəmməldən uzaq olan ilk nümunəni yaradıblar. Yeni texnologiyanın inkişaf etdirilməsinə bir neçə onillik lazım ola bilər, lakin gələcəkdə yeni elektron kağız elektron qurğuların simasını tamamilə dəyişdirə bilər; onlar daha incə və elastik olacaqlar.
EMİL
31/10/12 Çap et