Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnformatika fənni üzrə elmi-metodiki seminar keçirilib
30 oktyabr 2012-ci il tarixində informatika üzrə elmi-metodiki seminarın növbəti iclası keçirilib. “ICTnews” elektron xəbər xidmətinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) istinadən verdiyi məlumata görə, iclasda müxtəlif elmi-tədris müəssisələrindən nümayəndələr iştirak ediblər.
Seminar iştirakçıları 2013/2014-cü tədris ili üçün nəzərdə tutulan informatika üzrə qəbul proqramının müzakirəsini davam etdiriblər. Proqram təminatı və digər bölmələrdə redaktə xarakterli bəzi düzəlişlər edilib.
6 noyabrda keçiriləcək növbəti seminarda qəbul proqramının və imtahanlara hazırlaşmaq üçün verilmiş ədəbiyyat siyahısının yekun variantının qəbul edilməsi qərara alınıb.
CAHANGİR
31/10/12 Çap et