Alman hakimiyyəti Federal İT resurslara hücum edən hakerləri axtarırlar
Alman hakimiyyəti Bonn şəhərində Milli kibermüdafiə mərkəzini açdıqdan bir neçə həftə sonra ona hakerlər tərəfindən hücum edilib və indi hüquq-mühafizə orqanları hücumda iştirak edənlərin hamısını həbs etməyə çalışır. Əvvəlcə bildirilmişdi ki, hücumun iki iştirakçısı həbs edilib, lakin hücumun təşkilatçıları bildiriblər ki, onların qruplaşmasının üzvlərindən yalnız biri həbs edilib.
Qruplaşmanın 23 yaşlı liderinin – “n0n4m3 cr3w” (No Name Crew) ötən bazar günü həbs edildiyi məlumdur. Polislər ikinci şübhəli bilinən şəxsin mənzilində axtarış aparıblar. Lakin internetdə “No Name Crew” üzvləri bildiriblər ki, onların qrup iştirakçılarından heç kəsin evində axtarış olmayıb. "Görünür ki, şübhəli bilinənlərdən heç kəs “No Name Crew” iştirakçısı deyil", - qrupdan bildiriblər. Qeyd edək ki, alman mətbuatı haker hücumlarına çox cəld reaksiya verib. Bir çox nəşrlər bildirib ki, “No Name Crew”, 17 - 25 yaşlı yeniyetmələrdən ibarət kiçik qrupdur.
cybersecurity.ru