Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“1 şagird -1 kompüter”


Bu il 150 müəllim “1 şagird -1 kompüter” layihəsi, 531 müəllim “Həmkara dəstək” layihəsində iştirak edəcək. Üstəlik, “Elektron məktəb” layihəsi üçün seçilmiş pilot məktəblərin pedaqoji heyətinin təhsil portalından istifadə üzrə savadlılığının artırılmasına yönəldilmiş təlimlər keçiriləcək. Bu təlimlərdə 250 müəllimin iştirakı nəzərdə tutulub. "ICTnews.az" elektron xəbər xidməti bildirir ki, bu barədə “Mədəd Azərbaycan” təşkilatı məlumat yayıb.

Məlumatda bildirilir ki, “2008-2012-ci illərdə Azərbaycan Respublikasının Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində ümumilikdə 102851 təhsil işçisi üçün bu cür təlimlər təşkil olunub: “Eyni zamanda 200 müəllimin siniflərdə elektron resurslardan effektiv şəkildə istifadə metodlarına yiyələnməsi məqsədilə “Fənlər üzrə elektron təhsil resurslarının hazırlanması” layihəsi üzrə təlimlərdə iştirak planlaşdırılır.

Son olaraq orta ümumtəhsil məktəblərinin seçilmiş heyəti üçün Məlumat Toplama Mərkəzindən istifadə üzrə treninqlərə 2000 nəfərin cəlbi də nəzərdə tutulub. Təhsil sisteminin pedaqoji heyətinin İKT üzrə savadlılığının artırılmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi üzrə təlimlərdə ilin sonuna kimi 12890 müəllim və 1000 nəfər inzibati idarəetmə heyəti iştirak edəcək. Ümumiyyətlə, cari ilin sonuna kimi 17021 təhsil işçisi informasiya-kommunikasiya texnologiyalarının tədris prosesində tətbiqi üzrə təlimlərdən keçəcək”.

Təşkilatdan qeyd edilib ki, təhsil sisteminin pedaqoji heyətinə tədris prosesində informasiya və kommunikasiya texnologiyalarından effektiv istifadə edilməsi təlimləri iki tədris proqramı (kurikulum) üzrə təşkil olunur: “Rİ-SOL “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi” və “İntel-Gələcək üçün Təhsil” təlim vəsaitləri vasitəsilə müəllimlər təlimlərdə şəxsiyyət yönümlü, interaktiv və inteqrativ tədris metodları haqqında nəzəri və təcrübi biliklər əldə edir”.
SEYMUR





31/10/12    Çap et