Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ən populyar poçt xidməti hansıdır?


“ComScore” tədqiqat şirkətinin məlumatına əsasən, 2012-ci ilin oktyabrında “Google” şirkətinin “Gmail” poçt xidməti ilk dəfə olaraq populyarlığa görə “Microsoft”un “Hotmail” xidmətini üstələyib.

“ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, analitiklərin qiymətləndirməsinə əsasən, 2012-ci ilin oktyabrında “Gmail” poçt xidmətinə 287,9 milyon unikal istifadəçi daxil olub. “Hotmail” xidmətində isə bu göstərici 286,2 milyon istifadəçiyə bərabərdir.“Yahoo! Mail” poçt xidməti (281.7 milyon) populyarlığa görə üçüncü yerdə qərarlaşıb.







EMİL




01/11/12    Çap et