Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” platforması üçün 800-dən çox proqram təhlükəlidir


“Android” platformasında olan mobil qurğular üçün hazırlanmış 800-dən çox proqram istifadəçinin şəxsi məlumatlarını digər kompyuterlərə ötürür. Bir il ərzində etibarsız proqramların sayı 2 dəfə artıb. Bu barədə “Dasient” antivirusunun istehsalçısı məlumat yayıb. Şirkət təxminən 10 min proqram təhlil edib. Bunlarla bərabər 11 proqram digər smartfon istifadəçilərinə pullu SMS göndərir.
“Dasient”in texniki direktoru Nil Dasvoni bildirib ki, bəzi zərərli proqramlar mobil qurğu sahiblərinin xəbəri olmadan yüklənirlər. Onlar smartfon və ya istifadəçinin planşetinə virusa yoluxmuş sayta daxil olduqda düşür.


infox.ru




22/07/11    Çap et