Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni plastırı dəridən ağrısız çıxartmaq olar


Adi plastırlar artıq uzun müddətdir ki tibb sahəsində istifadə olunur. Ənənəvi tibbi plastırların əsas çatışmazlığı onun dəridən çıxarılması zamanı ağrı hissinin yaranmasındadır.

"ICTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, amerikalı alimlər Ceffri Karpa, Robert Lenqer və Brayan Laulixt bu yaxınlarda problemi həll ediblər. Onların yaratdığı plastır nümunəsi üç qatdan (yapışqansız qat, yapışqan qat və onların arasında xüsusi silikon qat) ibarətdir. Yeni plastır dəriyə  möhkəm yapışır və asanlıqla da çıxarılır.

Alimlər yaratdıqları hazırlamanı tezliklə patentləmək və onun istehsalına başlamaq niyyətləri haqqında elan ediblər.
 



EMİL





01/11/12    Çap et