Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple”-ın populyarlığı azalır
“Apple”-ın səhmlərinin qiyməti “iPhone 5” smartfonu təqdim edilən gündən etibarən azalmağa doğru gedir. Hazırda Amerika korporasiyasının 1 səhminin qiyməti 595 dollar dəyərində qiymətləndirilir. Qeyd edək ki, 45 gündən əvvəl şirkətin səhmlərinin hər biri 700 dollar dəyərində qiymətləndirilirdi.
“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, oktyabrda səhmlərin qiyməti təxminən 11 faiz və ya 72 dollar dəyərində azalıb.Proqnozlara əsasən, “Apple”-ın səhmlərinin qiyməti 500-510 dollara qədər ucuzlaşacaq.
EMİL
01/11/12 Çap et