Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Seagate” şirkətinin xalis mənfəəti artıb


“Seagate” şirkəti sentyabrın 28-də başa çatmış 2013 maliyyə ilinin birinci rübü üzrə hesabatını dərc edib.
“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, üç aylıq dövr ərzində mədaxil 3,7 milyard dollar təşkil edib. Bu göstərici ötən il qeydə alınmış nəticədən (2,8 milyard dollar) 33 faiz çoxdur.

“Seagate” şirkətinin xalis mənfəəti 582 milyon dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, 1 il bundan əvvəl şirkətin xalis mənfəəti 140 milyon dollara bərabər olmuşdu.

“Seagate”-dən verilən məlumata əsasən, sərt disklərin rüblük tədarük həcmi 13 faiz artaraq 57,6 milyon təşkil edib. Lakin şirkət sərt disklərin satış həcminə görə əsas rəqibi olan “Western Digital”  firmasından geri qalır.




EMİL





01/11/12    Çap et