Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Brauzer bazarında vəziyyət necədir?!


“Net Applications” analitik şirkətinin 2012-ci ilin oktyabr ayı üçün statistika məlumatına əsasən, “Internet Explorer” (IE) brauzerinin bazar payı 54.13 faiz təşkil edib. Bu göstərici ötən ayla müqayisədə 0.5 faiz çoxdur.


“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Firefox” brauzerinin bazar payı azalaraq 19.99 faiz təşkil edib. “Chrome” brauzerinin göstəricisi 18.86-dan 18.55 faizə qədər, “Safari”nin göstəricisi isə 5.26-dan 5.21 faizə qədər azalıb. “Opera” brauzerinin bazar payı stabil (1.62 faiz) olaraq qalıb.







EMİL





01/11/12    Çap et