Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rusiyanın Azərbaycandakı səfirliyinin “Twitter” səhifəsi yaradılıb


Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin rəsmi “Twitter” səhifəsi (twitter.com/embrus_az) istifadəyə verilib.

“ICTnews” elektron xəbər xidmətinin səfirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Twitter” səhifəsində Rusiya-Azərbaycan münasibətlərində, o cümlədən Rusiyanın xarici siyasətində baş verən yeni hadisələr barədə informasiyalar,  ölkə həyatından maraqlı süjetlər, həmçinin Rusiya səfirliyi tərəfindən keçirilən tədbirlərin elanları yerləşdiriləcək. Məlumatlar mütəmadi olaraq yenilənəcək.

Səfirlik bildirir ki, bu səhifə istisna olmaqla özünü  “Rusiyanın Azərbaycandakı  səfirliyinin hesabı” kimi təqdim edən digər hesablar saxtadır.





CAHANGİR





01/11/12    Çap et