2016-cı ilədək smartfonların qiyməti 150 dollar olacaq
“Juniper Research” tədqiqat şirkətinin proqnozuna əsasən, 2016-cı ilədək smartfon satışlarının həcmi 1 milyarda çatacaq. Qeyd edək ki, 2010-cu ildə bu rəqəm 302 milyon olub. Bu barədə “Mobiletechnews” məlumat verib.
Mobil telefonların ənənəvi olaraq ən yüksək sinfini təşkil edən smartfonlar yaxın 5 ildə telefon bazarının daha böyük həcmini tutacaq. Bununla yanaşı, onların qiyməti aşağı düşəcək. “Juniper Research” hesab edir ki, smartfon istehsalçıları arasında rəqabət çox yüksəkdir, buna görə də smartfon istehsalçıları çalışacaqlar ki, məhsulların qiyməti 150 dollar həddini keçməsin. Xüsusilə, tədqiqatçılar hesab edirlər ki, dəyəri 150 dollara qədər olan smartfonlar ən azı bazarın üçdə bir hissəsini tutacaq. Şirkətin proqnozuna əsasən, 2016-cı ilədək smartfon satışlarının həcmi 1 milyarda çatacaq.
www.ibusiness.ru