Yerli bankın saytında stasionar telefon ödənişlərini həyata keçirmək imkanı yaradılıb
“DəmirBank”ın internet saytında və filiallarında artıq “AzEvroTel” stasionar telefon (492, 497, 437, 504 və 505 başlanan nömrələr) və “AzEvroTel” ADSL internet ödənişlərini də həyata keçirmək mümkündür.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə bankın məlumatında deyilir.
“DəmirBank”ın plastik kart sahibləri “BillPay” onlayn ödəniş xidməti vasitəsi ilə “
https://billpay.demirbank.az/” internet səhifəsində qeydiyyatdan keçərək kommunal, stasionar və mobil rabitə, internet provayder və kabel TV xidmətlərinin onlayn ödənişini həyata keçirə bilər.
Bankın internet saytında “BillPay” sistemi ilə onlayn ödəniş edənlər hər 1 manat üçün 100 bonus xalı əldə edirlər və toplanan bonuslardan istifadə edərək lotereyada iştirak hüququ qazanırlar. Lotereyada “HP” mininotu, “Canon” fotoaparatı, parfüm və məişət texnikası mağazasından 100 manatlıq kuponlar oynanılacaq. Lotereyanın 2-ci tirajı 21 dekabr 2012-ci il tarixində keçiriləcək.
Onlayn ödənişlər “VİSA” və “MasterCard” beynəlxalq ödəniş sistemlərinin təhlükəsizlik standartları üzrə xüsusi sertifikasiya keçmiş ödəmə sistemi vasitəsilə dərhal həyata keçirilir. Plastik kart sahibləri evdən və ya ofisdən sadəcə, “DəmirBank”a 149 nömrəsinə zəng etməklə də bu ödənişləri həyata keçirə bilər.
“DəmirBank”, eləcə də plastik kart sahibi olmayan müştərilərə bankın filiallarında kommunal (işıq, qaz, su), stasionar və mobil rabitə, internet, kabel TV və DYP cərimələrinin ödənişlərini təklif edir.
“DəmirBank”ın plastik kartlarını əldə etmək üçün bankın filiallarında və ya “
http://www.demirbank.az/?/az/ordercard/” səhifəsində onlayn qaydada sifariş etmək olar.
CAHANGİR