Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yahoo!”-nun əvvəlki mövqeyini bərpa etməsinə illər lazımdır


Bir müddət “Yahoo!”-nun müvəqqəti icraçı direktor vəzifəsini icra etmiş Ross Levinson  hazırkı direktor Marissa Mayerin şirkətin əvvəlki mövqeyini bərpa etməsinə illər lazım olacağını bildirib.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, "Yahoo!”-nun hazırkı rəhbərliyi ona inanmalıdır,  şirkətin başladığı işi sona çatdırmaq üçün hələ ki vaxtı var. “Yahoo!” kimi şirkətlərin öz mövqelərini bərpa etməsi üçün 1 il az müddətdir" - Levinson bildirib. O, “Yahoo!”-nu böyük hərbi gəmi ilə müqayisə edib və qeyd edib ki, onu aşırtmaq çox çətindir.

Mayerin şirkətə gəlişindən sonra Levinson “Yahoo!”-nu tərk etdi.Məlumat üçün bildirək ki, Levinson “Yahoo” şirkətinə rəhbərlik etdiyi dövrdə “Facebook”la patent mübahisəsini həll etmişdi.





EMİL





01/11/12    Çap et