Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tbilisidə televiziya qülləsinin idarə olunması hüququ hərraca çıxarılıb


Gürcüstanın İqtisadiyyat Nazirliyi Tbilisidə televiziya qülləsinin menecmenti olan şirkətin dördillik idarə edilməsi hüququnu elektron hərraca çıxarıb. Keçmiş "Gürcüstan Teleradiomərkəzi" hazırkı "Alfa-Kom" MMC Tbilisidə yerləşən 274 metrlik televiziya qülləsi ilə birgə Gürcüstanın müxtəlif regionlarındakı 35-dən artıq xırda yayım qüllələri ilə işləyir. Şirkət 30-dan artıq radio və 16 teleşirkətlə işləyir.
İyulun 18-də başlayan və avqustun 1-dək davam edəcək hərracda ilkin qiymət 100 min lari (1 dollar = 1,67 lari) müəyyənləşdirilib. İqtisadiyyat Nazirliyi şirkəti idarə etmək hüququnu əldə etmək istəyənlər qarşısında iki əsas şərt irəli sürüb: müəssisənin profilinin saxlanması və sonrakı 4 il ərzində azı 12 milyon dollar sərmayə qoyulması.




22/07/11    Çap et