Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” profillər üçün yeni interfeys hazırlayır


“Facebook” sosial şəbəkəsi istifadəçilərin şəxsi səhifələri (profil) üçün yeni dizayn hazırlayır. Yeni dizaynda bütün postlar sol hissədə, son aktivlik, dostlar bloku isə sağ hissədə yerləşəcək.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, yeni dizayn, ehtimal ki, istifadəçilərin şikayətlərinə cavab olaraq hazırlanıb.

“Facebook” nümayəndələri şirkətin doğrudan da yeni dizaynı sınaqdan keçirdiyini təsdiqləyib. Lakin o, hələ ki az istifadəçiyə əlçatandır. Onlar yeni interfeys haqqında məlumat verməyiblər.





 
EMİL





02/11/12    Çap et