Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“LinkedIn” hesabat verib
“LinkedIn” rüblük hesabatını dərc edib. Nəticə analitiklərin proqnozlarından yuxarı olub. Resursun populyarlığının artması, həmçinin trafikin həcminin artması buna səbəbdir.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, dərc edilmiş məlumatlara əsasən, peşəkar sosial şəbəkə 2012-ci ilin üçüncü rübünün nəticəsinə görə 2.3 milyon dollar dəyərində mənfəət əldə edib. Müqayisə üçün qeyd edək ki, ötən il bu göstərici 1.9 milyon dollar təşkil etmişdi.
Şirkətin satış həcmi 139.5-dən 252 milyon dollara qədər artıb. Artım 81 faizə (!) bərabər olub. Müsbət rüblük hesabat fonunda şirkətin səhmlərinin qiyməti 6 faiz artaraq 113.25 dollar təşkil edib.
EMİL
02/11/12 Çap et