Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Gənclər üçün “Azərbaycanda internet təhlükəsizliyi” mövzusunda seminar keçirilib
Noyabrın 1-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında gənclər üçün “Azərbaycanda internet təhlükəsizliyi” mövzusunda seminar keçirilib.
Seminarın məqsədi internet təhlükəsizliyi ilə bağlı mövcud problemlərdən çıxış yolunu tapmaq, informasiya təhlükəsizliyinin pozulmasına mane olmayan qlobal internet şəbəkələrindən istifadə yolunu gənclərə çatdırmaq olub.
Seminarda Bakı Dövlət Universitetinin jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının baş müəllimi, dosent Zaur Babayev mövzuya dair çıxış edib.
Tədbirdə, həmçinin Türkiyə mətbuatının yaranması, inkişafı və müasir dövrünü əks etdirən təqdimat da keçirilib.
02/11/12 Çap et