Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Telekommunikasiya sektoru üzrə ən çox gəlir gətirən sahə hansıdır?
2012-ci ilin 9 ayı ərzində informasiya-kommunikasiya texnologiyaları (İKT), informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi 1068,3 milyon manat təşkil edib. Qeyd edək ki, ümumilikdə sektor üzrə əldə olunan gəlirlərin təxminən 74,8 faizi qeyri-dövlət rabitə müəssisələrinin payına düşüb.
Telekommunikasiya sektorunda əldə olunan gəlirlərin 64,3 faizi mobil operatorların payına düşməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə mobil sektor üzrə real artım tempi 13,9 faiz təşkil edib.Sektorun ümumi daxili məhsulda (ÜDM) payı 1,8 faiz, qeyri-neft ÜDM-də isə 3,6 faiz təşkil edib.
02/11/12 Çap et