Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitə və informasiya texnologiyaları sektoru üzrə gəlirlər artıb


Ötən 9 ay ərzində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) üzrə 86 yeni iş yeri açılıb. Bundan başqa, ötən ilin müvafiq dövrü ilə müqayisədə rabitəçilərin orta aylıq əməkhaqqı 11,5 faiz artaraq 326,9 manat təşkil edib. Məlumat üçün bildirək ki, qeyd olunan dövrdə ölkə üzrə telekommunikasiya sektorunda orta aylıq əməkhaqqı 696.3 manat, poçt sektorunda isə 212.5 manat təşkil edib. 

Eyni zamanda, hesabat dövründə RİTN-in strukturuna daxil olan birlik və müəssisələr ötən ilin analoji dövrü ilə müqayisədə daha çox - hətta proqnozdan da artıq  gəlir əldə edib. Belə ki, əldə olunan gəlir 273.4 milyon manata bərabər olub. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz çoxdur.

Əldə olunan gəlirlər dövlət büdcəsinə ödənilən vəsaitlərin həcminə də təsir edib. RİTN-in strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 2012-ci ilin 9 ayı  ərzində dövlət büdcəsinə 31,5 mln. manat, DSMF-yə isə 11,6 mln. manat vəsait ödənilib.





02/11/12    Çap et