Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Smartfonlar sürücülərə təhlükəli manevrlər haqqında xəbərdarlıq edəcək
ABŞ-ın Texas Universitetində hazırlanmış mobil tətbiq yol hərəkətinin təhlükəsizliyini artırmağa imkan verəcək. Layihəyə kompüter elmləri professoru Ram Dantu rəhbərlik edəcək. Tədqiqatları ABŞ-ın Milli Elm Fondu (NSF) dəstəkləyir.
“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, təklif edilmiş sistem smartfona quraşdırılmış datçiklər vasitəsilə toplanılmış məlumatları istifadə edir. Toplanılmış informasiya təhlükəli sürmə stilini aşkar etmək üçün xüsusi proqram alqoritmləri vasitəsilə emal edilir.
Əgər sürücü kəskin şəkildə tormozlasa və ya əksinə, sürətini artırsa, sistem bu barədə xəbərdarlıq edəcək. Tətbiq, həmçinin kəskin manevrləri müəyyən edə bilər.
EMİL
02/11/12 Çap et