Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Daha tutumlu və ucuz akkumulyator istehsal edilib
“CalBattery” şirkətinin hazırladığı elektrod sayəsində litium-ion akkumulyatorların tutumu 3 dəfə artıb. Həmçinin onların qiyməti 70 faiz daha ucuzdur.
Yeni akkumulyatorda enerjinin sıxlığı ənənəvi akkumulyatorla müqayisədə 3 dəfə daha çoxdur.
“CalBattery” və “Argonne National Laboratory”-də çalışan mütəxəssislər bu həllin üzərindəki 8 aylıq işinə əsasən, yeni batareyaların ticarət bazarını ələ keçirmək üçün bütün şanslara malik olduğunu söyləmək olar.
Yeni batareya tutumuna görə indikilərlə müqayisədə 300 faiz daha yaxşıdır.
EMİL
02/11/12 Çap et