“Twitter” Azərbaycanın mobil operatorunun səhifəsini rəsmi olaraq təsdiq etdi
Azərbaycanın mobil operatoru olan "Azercell" şirkətinin rəsmi Twitter səhifəsi
www.twitter.com/azercell təsdiqlənmiş (verified) statusuna layiq görülüb. "Azercell" bu statusu qazanan ilk yerli şirkətdir.
Qeyd edək ki, bu status Twitter şirkəti tərəfindən tanınmış qurumlara, brendlərə və ictimai xadimlərə verilir. "Azercell"in Twitter səhifəsinin hazırda 16 mindən çox izləyicisi mövcuddur.
Şirkətin təqdim etdiyi digər bir yenilik isə, "Azercell" abunəçilərinə öz Twitter səhifələrini internetə qoşulmadan, sms göndərməklə yeniləmək imkanı verəcək.
İlk dəfə xidmətə qoşulmaq üçün START yazıb 8800 qısa nömrəsinə SMS göndərmək lazımdır. Bu da "Azercell" abunəçilərinə SMS yazmaqla twitter yazıları yaratmaq imkanını vermiş olacaq.