Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Sendi" qasırğasının ilk qurbanları mobil rabitə qüllələri olub
ABŞ-ın 10 ştatını vuraraq böyük itkilərə səbəb olmuş "Sendi" qasırğası sübut etdi ki, köhnəlmiş sayılan texnologiyalarla vidalaşmaq hələ çox tezdir.
"Sendi" qasırğasının ilk qurbanları mobil rabitə qüllələri olub. 12 ştatda mobil rabitənin keyfiyyəti aşağı düşüb, bəzi rayonlarda isə rabitə, ümumiyyətlə, itib.
Bu səbəbdən də küçələrdəki taksofonlar sürətlə populyarlaşıb.Nyu-York şəhərinin bəzi sakinləri heç vaxt taksofonlardan istifadə etməmişdilər və danışmaq lazım olanda mobil telefonlardan yararlanırdılar.
Lakin indi vəziyyət dəyişib.Nyu-Yorkda isə telefon-avtomatlarının ayı azalır. Rabitə operatorları ilə müqavilələrin müddətinin başa çatacağı 2014-cü ildə isə avtomatlar, ümumiyyətlə, yoxa çıxa bilər.
03/11/12 Çap et