Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan elektron sənəd dövriyyəsi və arxivlərə dair Rusiyada keçirilən seminarda təmsil olunub
Moskva şəhərində Ümumrusiya Elmi-Tədqiqat Sənədşünaslıq və Arxiv işi İnstitutunun "Elektron sənəd dövriyyəsi və arxivlər: elektron sənədlərin təsviri, uçotu və saxlanması" mövzusunda seminarı keçirilib.
Seminarda Azərbaycanın Milli Arxiv İdarəsinin Komplektləşdirmə, idarə arxivləri və kargüzarlıq şöbəsinin müdiri Həsən Həsənov iştirak edib. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə MAİ-nin məlumatında deyilir.
Seminar institutun təsdiq etdiyi proqram əsasında oktyabrın 23-dən 26-dək təşkil olunub. Sözügedən tədbirdə MDB və Asiya ölkələrinin arxiv təşkilatlarının nümayəndələri iştirak ediblər.
CAHANGİR
03/11/12 Çap et