Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Prezident İlham Əliyev Ümumdünya İnternet Korporasiyasının prezidentini qəbul edib
Prezident İlham Əliyev internetin ünvan məkanını idarə edən Ümumdünya İnternet Korporasiyasının prezidenti Fadi Şehadeni qəbul edib.
Dövlət başçısı internetin ünvan məkanını idarə edən Ümumdünya İnternet Korporasiyasının prezidenti Fadi Şehadenin VII İnternet İdarəçilik Forumunda iştirakının önəmini qeyd etdi. Prezident İlham Əliyev Forumun Bakıda təşkil olunmasını Azərbaycanın bu sahədə əldə etdiyi uğurların yaxşı göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı ölkəmizdə azad internetin fəaliyyətinə xüsusi diqqət verildiyini vurğuladı.
Ümumdünya İnternet Korporasiyasının prezidenti Fadi Şehade Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində əldə edilən uğurları yüksək qiymətləndirdi. O, ünvanların idarə olunması sisteminin 14-cü regional serverinin ölkəmizdə yaradılmasının əhəmiyyətini vurğuladı. Qonaq bu serverin dünya üzrə 10-nun ABŞ-da, 3-nün Avropada, 14-cünün isə Azərbaycanda fəaliyyətə başlamasını böyük nailiyyət kimi dəyərləndirdi və bunun regionda internetin keyfiyyətinin artırılması işinə xidmət edəcəyinə əminliyini bildirdi.
05/11/12 Çap et