Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook”da istifadəçi hesablarına şifrəsiz girmək mümkündür


"Hacker News" nəşrinin yazdığına görə, "Facebook" sosial şəbəkəsinin proqram təminatında aşkar edilmiş boşluq nəticəsində bəzi istifadəçi hesablarına şifrəsiz daxil olmaq mümkündür. Xüsusi sorğu vasitəsilə, hətta "Google" axtarış sistemindən istifadə etməklə istifadəçi hesablarına daxil olmaq olar. Mütəxəssislərin hesablamalarına əsasən, təxminən 1,32 milyon hesab zərbə altındadır.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, istifadəçi hesablarına daxil olmaq üçün, heç olmasa, 1 hesab açmaq və sistemə daxil olmaq lazımdır. Bundan sonra, xüsusi sorğu vasitəsilə digər istifadəçilərin hesablarına daxil olmaq mümkündür.

Hücum müəllifləri bildiriblər ki, bu hücum metodu vasitəsilə heç də bütün hesablara giriş əldə etmək olmaz."Facebook"dan verilən məlumata əsasən, sosial şəbəkənin texniki xidməti boşluğun aradan qaldırılması üzərində çalışır.


EMİL





05/11/12    Çap et