Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Galaxy S III” smartfonunun satış həcmi 30 milyonu ötüb


“Samsung Electronics” şirkətindən verilən məlumata əsasən, “Galaxy S III” smartfonunun satış həcmi 30 milyonu ötüb. Qeyd edək ki, bu aparatların satışına cari ilin mayında start verilib. "Galaxy S III smartfonları alıcılar arasında populyar olaraq qalmağa davam edir" – “Samsung”un rabitə bölməsinin direktoru C.Key Şin bildirib.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, aparatın üçüncü versiyası “Galaxy S” xəttinə məxsus aparatlar arasında ən güclü prosessorla təchiz olunub. “IDC” analitik şirkətinin son hesabat məlumatına əsasən, Cənubi Koreya şirkəti ikinci rüb ərzində 56,3 milyon smartfon satıb və bu nəticə “Apple” şirkətinin göstəricilərini təxminən 2 dəfə üstələyir.





EMİL





05/11/12    Çap et