Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Sənədlər informasiya cəmiyyətində” adlı beynəlxalq konfrans keçirilib
24-25 oktyabr 2012-ci il tarixdə Moskva şəhərində “Sənədlər informasiya cəmiyyətində; “bulud” texnologiyaları (cloud computing) və elektron sənəd dövriyyəsi” adlı XIX Beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransda Azərbaycan Milli Arxiv İdarəsinin Sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi Natiq Eminov iştirak edib.
“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə MAİ-nin məlumatında deyilir. Konfransda Azərbaycanla yanaşı, Ukrayna, Belarus, Vyetnam və digər ölkələrin nümayəndələri, o cümlədən müvafiq sahə üzrə fəaliyyət göstərən qabaqcıl şirkətlər iştirak ediblər.
CAHANGİR
05/11/12 Çap et