Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Filip Verver: “Azərbaycan telekommunikasiya və texnologiyalar strukturunun yaradılması və inkişafına çox böyük diqqət edir”


"Bakıda İnternet İdarəetməsi Forumu çərçivəsində onlayn KİV-in təhlükəsizliyinə həsr olunan beynəlxalq forumun nəticələrindən çox şey gözləyirik". Azərbaycanda səfərdə olan ABŞ Dövlət Departamentinin İnformasiya Kommunikasiya Məsələləri üzrə əlaqələndiricisi Filip Verver   Forumda  internet təhlükəsizliyi,  terrorçu məqsədlərlə istifadənin qarşısının alınması kimi məsələlərin müzakirə ediləcəyini bildirib. ABŞ Dövlət Departamentinin İnformasiya Kommunikasiya Məsələləri üzrə əlaqələndiricisi Filip Verver  deyir ki, belə bir tədbirə ev sahibliyi etmək çox məsuliyyətli və zəhmət tələb edəndir. 

Azərbaycanda bütün sahələr yüksək səviyyədə inkişaf edib və dünyada söz sahibinə çevrilən aparıcı ölkələr sırasındadır. Odur ki, dünya üçün aktual olan belə bir möhtəşəm tədbirin məhz Azərbaycanda keçirilməsi də onun təkcə regionda deyil, eyni zamanda dünyada artan nüfuzunun göstəricisidir.  Bu gün dinamik  inkişaf edən Azərbaycan dünyanı düşündürən bir çox qlobal məsələlərin həllinə çalışır və dünya miqyaslı layihələrin reallaşmasına  öz töhfəsini verir.

Tədbir ümumilikdə bu sahənin inkişafı üçün də çox əhəmiyyətlidir. Dünyanın bir çox ölkəsindən 1000-dən çox iştirakçının İnternet İdarəetməsi Forumuna qatılacağını deyən Filip Ververə görə, buna görə hər bir kəs Azərbaycana minnətdar olmalıdır. ABŞ Dövlət Departamentinin İnformasiya Kommunikasiya Məsələləri üzrə əlaqələndiricisi Filip Verver:  "Azərbaycan telekommunikasiya və texnologiyalar strukturunun yaradılması və inkişafına çox böyük diqqət edir.

Bu tədbir özü Azərbaycanla yanaşı, bizim özümüzə də internet problemlərinin aradan qaldırılmasına və gələcək işlərimizin necə qurulmasına dəstək verəcək. İnternet İdarəetməsi Forumu noyabrın 5-dən işə başlayacaq. Tədbir  Azərbaycan hökuməti ilə yanaşı, Avropa Şurası, Avropa Yayım Birliyi, ATƏT və UNESCO-nun birgə təşkilatçılığı ilə keçirilir. 





05/11/12    Çap et