Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Rabitə” “Lokomotiv”ə qalib gəldi


Voleybol üzrə qadınlar arasında Azərbaycan çempionatının birinci dövrəsinin ikinci turunun oyunları keçirilib.
İlk olaraq meydançaya “İqtisadçı” və “Lokomotiv Biləcəri” komandaları çıxıblar. Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarında uğurla çıxış edən “İqtisadçı” rəqibini 3:0 (25:13, 25:11, 25:16) hesabı ilə məğlub edib.

 Günün ikinci oyunu “Telekom” və “Azəryol Bakı” komandaları arasında keçirilmişdir. Avrokuboklardakı çıxışına uğurlu start verən “Azəryol Bakı” komandası rəqibinə 3:0 (25:22, 25:10, 25:14) hesabı ilə qalib gəlib.
 Turun sonuncu görüşündə isə “Rabitə” və “Lokomotiv” komandaları üz-üzə gəliblər. Görüş klublararası dünya çempionatının gümüş medalını qazanan “Rabitə”nin 3:1 (25:19, 15:25, 25:21, 25:21) hesablı qələbəsi ilə başa çatıb.





05/11/12    Çap et