Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nikolay Nikifirov : “MDB ölkələrində rouminqin qiymətləri aşağı salına bilər”
RRB-nin rabitə administrasiyaları beynəlxalq rouminqin qiymətlərinə dair monitorinqlər aparacaq. Bu barədə jurnalistlərə açıqlamasında Rusiyanın rabitə və kütləvi informasiya naziri Nikolay Nikifirov bildirib. Onun sözlərinə görə, bu məsələ hər bir ölkəni ciddi narahat edir.
O qeyd edib ki, bu məsələ ilə bağlı hökumətlərarası anlaşma imzalanmasına baxmayaraq işlər operatorlar tərəfindən aparıldığından heç bir müdaxilə olmur. "Hesab edirəm ki, məsələyə dair yetərincə cidd-cəhdlər göstərilməlidir ki, vətəndaşlar real nəticələri hiss edə bilsin." Nazir daha sonra bildirib ki, bu məsələnin daha münasib şəkildə həll edilməsi məqsədilə operatorlara şərait yaradılmalıdır.
RƏVAN
05/11/12 Çap et