Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azərbaycanla İKT sahəsində əməkdaşlıq əlaqələrinin gələcək perspektivlərinə nikbin baxırıq”
"Rusiya ilə Azərbaycan arasında bütün istiqamətlərdə olduğu kimi, rabitə və informasiya texnologiyaları sahəsində də geniş əlaqələr mövcuddur və biz bu əlaqələrin gələcək perspektivlərinə nikbin baxırıq".
Bu barədə məlumat verən Rusiya Rabitə və kütləvi informasiya naziri Nikolay Nikifirov bildirib ki, bu gün keçirilən RRB-nin 47-ci toplantısı bu istiqamətdə əməkdaşlığa bir nümunədir. "Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsində gedən sürətli inkişaf zamanın tələbinə uyğundur. Bu inkişaf sahənin daha da tərəqqisi üçün təməl olacaq".
RƏVAN
05/11/12 Çap et