Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows Phone” mobil əməliyyat sistemləri bazarında üçüncü “oyunçu”ya çevriləcək


"Microsoft" şirkətinin baş direktoru Stiv Ballmer etiraf edib ki, "Windows Phone" platformasının mobil əməliyyat sistemləri (ƏS) bazarında payı hələlik azdır, lakin yaxın vaxtlarda vəziyyət dəyişəcək. Amerika korporasiyası qeyd edib ki, artıq yaxın vaxtlarda "Windows Phone" platforması ilə işləyən smartfonlar yüksək templə populyarlaşacaq.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına bildirir ki, Stiv Ballmerin sözlərinə görə, "Microsoft" şirkətinin "Nokia", "HTC", "Samsung" və digər istehsalçılarla əməkdaşlığı çərçivəsində "WP" platforma mobil ƏS-i seqmentində üçüncü "oyunçu"ya çevriləcək.






EMİL





06/11/12    Çap et