Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Ture: “21-ci əsrin ilk onilliyində Azərbaycanın informasiya və rabitə texnologiyaları sektorunda mühüm irəliləyiş müşahidə olunub”


Əziz iştirakçılar və qonaqlar!

Mən böyük  məmnuniyyətlə Bakıda keçiriləcək "Bakutel-2012" Beynəlxalq  Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı, Regional Rabitə Birliyinin (RRB) 47-ci iclasının, yüksək səviyyədə keçiriləcək Nazirlər Toplantısı  və İnternet İdarəçiliyi Forumunun iştirakçılarını salamlayıram.    

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) vəzifəsi dünyanın bütün insanlarını informasiya və kommunikasiya texnologiyaları (İKT) vasitəsilə birləşdirmək və 2015-ci ilə qədər Minilliyin İnkişaf Hədəflərinə sürətlə nail olmaq üçün İKT-nin tükənməz potensialından istifadə etməkdir. 

BTB-nin radiotezliklər spektrinin təyin olunması və qlobal İKT standartlarının inkişafı ilə bağlı işlər və bizim tərəfimizdən İKT-nin inkişafı üçün görülən işlərin məqsədi hər bir kəsin rəqəmli inqilabda iştirakını təmin etmək və  genişzolaqlı texnologiyalar üzərində qurulmuş bilik cəmiyyətlərinin təklif etdikləri sosial və iqtisadi faydalar ilə təmin olunmasıdır.       
   
Məhz buna görə UNESCO-nun dəstəyi ilə BTİ-nın Rəqəmli İnkişaf üzrə Genişzolaqlı Komissiyanın yaranmasında  əvəzsiz rol oynayıb. 21-ci əsrin birinci onilliyində Azərbaycan İKT sahəsində mühüm inkişafa nail olub və bu inkişaf ikinci onillikdə davam edib. Son illər davamlı olaraq,    İKT sektorunda orta illik artım 25-30% təşkil etməyə davam edir. 
  
2011-ci ildə İKT sektorunun gəliri 13% artıb və təxminən 1,7 milyard ABŞ dolları təşkil edib. 
Əhalinin üçdə ikisi internetdən istifadə imkanına malikdir və əhalinin 30 faizdən çoxu genişzolaqlı internet istifadəçisidir.    

Əhalinin 20 %-i kompüter istifadəçisidir. Bu inkişaf Azərbaycanın Ümumi Daxil Məhsulunun (ÜDM) kəskin şəkildə artması nəticəsində baş verib və bu artımda hazırda enerji sektorundan sonra Azərbaycan iqtisadiyyatının ən sürətli inkişaf edən sektoru -  İKT sektoru mühüm rol oynayıb.  

"Bakutel-2012" və İİF iştirakçıları İKT sektorunun Azərbaycan üçün nə dərədəcə vacib olduğunu öz gözləri ilə görəcəklər. Onlar Azərbaycanın milli iqtisadiyyatının səhiyyə, təhsil, nəqliyyat, hökumət və mədəniyyət kimi sektorlarında elektron resursların tətbiqinin genişlənməsini təsdiq edən nümunələrlə tanış olacaqlar.    
Mən sizin hamınıza uğurlar arzulayıram!" 
 
Hamadan Ture,
BTI-nin baş katibi
 
 





06/11/12    Çap et