Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Android” platforması 5 yaşını qeyd edib
“Google” şirkəti “Android” mobil əməliyyat sisteminin (ƏS) birinci sabit versiyasını 5 il bundan əvvəl istifadəyə verib. Həmçinin şirkət o zaman “Open Handset Alliance” müəssisəsinin təsis edilməsi haqqında elan etmişdi. Bu müəssisə ƏS-nin inkişafına nəzarət edir.
"Bu əməkdaşlıq sayəsində mobil texnologiyaların potensialı milyardlarla istifadəçi üçün bəyan olacaq. Bizim fikrimizcə, istifadəyə verdiyimiz güclü platforma zamanla minlərlə müxtəlif mobil telefon modellərinə quraşdırılacaq" – “Google”-un baş direktoru Erik Şmidt o zaman bildirmişdi.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, hazırda mobil qurğu tədarüklərinin təxminən 75 faizi “Android” platformasının payına düşür. “IDC” analitik şirkətinin son hesabat məlumatına əsasən, “Android” sistemi 2012-ci il üçüncü rübün nəticəsinə görə mobil ƏS-i bazarında lider olub. 2012-ci ilin üçüncü rübündə satılmış 181 milyon smartfonun təxminən 75 faizi və ya 136 milyon ədədi “Android” platforması ilə işləyib. Ən yaxın izləyicisi “iOS” platformasında bu göstərici 14 faiz və ya 26,9 milyon qurğu təşkil edib.
Eyni zamanda, “Android” platformasını tam uğurlu sistem adlandırmaq olmaz. Sistemin populyarlığı artdıqca hakerlərin, həmçinin müxtəlif növ fırıldaqçıların ona diqqəti artır. “APT” (advanced persistent threats) hücumlara qarşı həllər istehsalçısı olan “Bit9” şirkətindən verilən məlumata görə, “Android” istifadəçiləri, hətta “Google Play” rəsmi kataloqu ilə işlədikdə belə təhlükəli tətbiq yükləmə ehtimalı təxminən 75 faizə bərabərdir. “Bit9” şirkəti bildirib ki, hətta “Windows” ƏS-i belə yüksək əmsala malik deyil.
EMİL
06/11/12 Çap et