Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Ericsson” hesabat verib
Dünyada simsiz rabitə şəbəkələri üçün ən iri avadanlıq istehsalçılarından biri olan İsveçin “Ericsson” şirkəti telekommunikasiya avadanlığı bazarında öz ümumi illik artımını (Compound Annual Growth Rate göstəricisi, CAGR) 3-5 faiz səviyyəsində gözləyir. Proqnoz 2012-2015-ci illər üçün tərtib edilib.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2012-ci ilin üçüncü rübündə “Ericsson”un xalis mənfəəti 43 faiz azalaraq 2,18 milyard İsveç kronu (təxminən 324 milyon dollar) təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən il bu göstərici 3.82 milyard krona (təxminən 568.7 milyon dollar) bərabər olmuşdu.
EMİL
06/11/12 Çap et