Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Çin hakerləri müntəzəm olaraq bizim hərbi kompüterlərimizə hücum edirlər
ABŞ növbəti dəfə Çini kiberməkanda əsas kibertəhlükə adlandırıb. Analitiklər əmindirlər ki, bu ölkənin kəşfiyyat orqanları və hakerləri müntəzəm olaraq sənaye casusluğu ilə məşğuldur.
“ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, ABŞ və Çin münasibətlərinin öyrənilməsi komissiyasının (US-China Economic and Security Review Commission) noyabrın 14-də dərc ediləcək yeni illik hesabatın qaralamasında Çin kiberməkanda ən təhlükəli ölkə adlandırılıb. Analitiklər hesab edirlər ki, Çinin kəşfiyyat orqanları və hakerlər ABŞ-ın hərbi kompüterlərinə və müdafiə podratçılarının məlumatlarına giriş əldə etmək texnikasını daim təkmilləşdirirlər.
Hesabatda bildirilib ki, ABŞ-ın müdafiə naziri Leon Panetta (Leon Panetta) oktyabrda bəyan edib ki, Çin və Rusiyadan gözlənilən kibertəhlükələr 2001-ci il sentyabrın 11-də baş vermiş terror hücumu qədər dağıdıcı ola bilər.
EMİL
07/11/12 Çap et