Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mexaniki birə atlayış üzrə rekord təyin edib


Seul Milli Universitetində çalışan koreyalı alimlər uzaq məsafəyə tullana bilən mexaniki birə hazırlayıblar. Birənin bədəninin uzunluğu 2 santimetr təşkil edir, lakin o, 60 santimetrdən çox tullanmağa “qadirdir”.
“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, mütəxəssislər canlı birənin “atlayış mexanizmi”ni köçürə biliblər. Robotun arxa "ayaq"larında quraşdırılmış xüsusi yaylar onun əsas komponentidir.

Mexaniki birə hazırkı vəziyyətində mükəmməl deyil: o, xarici “qida” mənbəyindən asılıdır və onun hərəkətləri naqillə məhdudlaşdırılıb. Bununla belə, "atlayış mexanizmi" digər robotların yaradılmasında istifadə edilə bilər. Uzağa tullanmaq “qabiliyyəti”, məsələn, robot-kəşfiyyatçılar üçün çox faydalı ola bilər.





EMİL





08/11/12    Çap et