Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Misir pornosaytlara “yox” dedi
Misirin baş prokuroru Abdel Meqid Mahmud noyabrın 7-də ölkə ərazisində pornosaytlara çıxış imkanını bloklamaq barədə qərar qəbul edib. Bu barədə “Agence France-Presse” bildirib.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, agentlik “Al-Ahram” dövlət qəzetinə istinadən yazır ki, baş prokurorun sərəncamı Daxili İşlər Nazirliyinə və Telekommunikasiya və İnformasiya Nazirliyinə göndərilib. Sərəncamda internetdəki istənilən pornoqrafik təsvir və ya səhnələri bloklamaq zərurəti haqqında qeyd olunub.
İnzibati məhkəmə müvafiq qərarı hələ 2009-cu ildə çıxartmışdı, lakin ölkə hakimiyyəti o vaxtdan etibarən heç bir saytı bloka salmayıb. Məhkəmənin çıxartdığı hökmdə pornoqrafiyanın mənəvi dəyərləri məhv etdiyi yazılmışdı.
EMİL
08/11/12 Çap et