Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Az-EvroTel” yeni kampaniyaya start verib
“Az-EvroTel” MMC Azərbaycanda telefon rabitəsinin yaradılmasının 131 illiyi münasibəti ilə güzəştli kampaniya keçirir. MMC-dən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, kampaniyanın şərtlərinə əsasən, eyni zamanda 2 telefon çəkilişini sənədləşdirən hər bir abunəçidən 1 ədədinin çəkiliş haqqı alınmır. Noyabr ayının 1-dən etibarən başlayan kampaniya dekabrın 10-dək davam edəcək.
CAHANGİR
08/11/12 Çap et