Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan ATƏT-lə kibertəhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıb
Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Mətbuat Azadlığı üzrə nümayəndəsi xanım Dunya Miyatoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə XİN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, görüşdə mətbuat, jurnalistika və kibertəhlükəsizlik məsələləri, eləcə də ATƏT-in təşkilat kimi gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Xanım Dunya Miyatoviç ATƏT-in Azərbaycanla əməkdaşlığını yüksək qiymətləndirib.
Nazir Elmar Məmmədyarov ölkəmizin ATƏT-lə əməkdaşlığını genişləndirməyi və bu istiqamətdə birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
SEYMUR
08/11/12 Çap et