Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Proqram təminatı bazarının həcmi 4,7 faiz artıb


2012-ci ilin birinci yarısının nəticəsinə görə proqram təminatı bazarının həcmi 167 milyon dollar təşkil edib. Bu göstərici ötən illə müqayisədə 4.7 faiz çoxdur. “IDC”-nin tədqiqat hesabatına əsasən, ən sürətli inkişaf edən seqment müştəri əlaqələrinin idarə  edilməsi (CRM), virtuallaşdırma və biznes-infrastruktur üçün proqram təminatı olub.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, proqram bazarının 49 faizinə sahiblənmiş tətbiqi proqram təminatı seqmentinin payı ötən illə müqayisədə 5,1 faiz artıb. Bu artımda əsas xidmət “CRM” sistemlərə və əməkdaşlığın təmini proqram vasitələrinin üzərinə düşür.
“IDC”-nin hesabatında, həmçinin qeyd edilib ki, 2012-ci ilin birinci yarısında “bulud” sistemləri və virtual maşınların işlərinin dəstəklənməsi üçün proqram təminatı bazarının həcmi 17.8 faiz artıb.

"Virtuallaşdırma üçün proqram təminatının tədarük həcmi stabil olaraq artır, lakin inkişaf etmiş bazarlarda bir qədər azalma müşahidə olunur"- “IDC”-nin analitiki Qeri Çen (Gary Chen) bildirib.


EMİL





08/11/12    Çap et