Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gözləri yormayan ekran istehsal edilib


“Semiconductor Energy Laboratory” tədqiqat şirkətinin təqdim etdiyi ekran uzunmüddətli baxış zamanı gözləri yormur.

Təqdim edilmiş panel 6,05 düym diaqonala malikdir; o, indium oksid, qallium və sink (Indium Gallium Zinc Oxide, IGZO) əsasında tranzistorların tətbiqi ilə hazırlanıb. Təsvir ölçüsü 768×1024 nöqtə təşkil edir, 1 düymdə piksellərin sayı (ppi) 212-yə bərabərdir.

Xüsusi struktur (CAAC-IGZO texnologiyası) sayəsində statik təsvirin göstərilməsi zamanı ekranın yenilənmə tezliyini adi məhsullarla müqayisədə on dəfələrlə azaltmaq mümkün olub. Bundan başqa, tədqiqatçılar bildiriblər ki, panel 5 saniyədə 1 dəfə yenilənir. Nəticədə uzunmüddətli baxış zamanı gözlər yorulmur.İşıqlandırma üçün qırmızı, yaşıl və göy işıq diodları istifadə olunur.


 
EMİL





08/11/12    Çap et