Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” "Drakula"nın müəllifi Brem Stokerin ad gününü qeyd edib


“Google” internet şirkəti irlandiyalı yazıçı Brem Stokerin anadan olmasının 165 illiyini qeyd edib.
“ICTnews.az” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, axtarış sisteminin əsas səhifəsində “Google”-un ənənəvi loqosu roman qəhrəmanlarının ağ-qara rəngli təsviri ilə əvəz edilib və onun üzərində qırmızı şriftlə şirkətin adı yerləşdirilib.

Məlumat üçün bildirək ki, Brem Stoker 1847-ci il noyabrın 8-də İrlandiyada anadan olub. “Drakula” romanı yazıçıya dünya şöhrəti qazandırıb.

Romanın motivləri əsasında 15-dən çox film çəkilib.Xatırladaq ki, “Google” şirkəti axtarış sisteminin əsas səhifəsindəki ənənəvi loqosunu bayramlar, həmçinin əlamətdar tarixi hadisələr zamanı dəyişdirir.




EMİL





08/11/12    Çap et