Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
1 milyard istifadəçi pulsuz mobil internetlə təmin ediləcək
“Google” korporasiyası Filippində "adi" mobil telefon istifadəçiləri üçün öz xidmətlərinə pulsuz çıxış imkanı yaradan proqram işə salıb.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Globe Telecom” provayderinin abunəçiləri “Google”-un xidmətlərindən pulsuz istifadə edə biləcəklər. Bundan başqa, onlar əlavə pul ödəmədən axtarış sistemində tapdıqları sayta daxil ola biləcəklər. İstifadəçilər digər səhifələri açmağa cəhd etdikdə mobil internetdən istifadə üçün operatorun tarifi üzrə pul ödəmək təklifi ilə qarşılaşacaqlar.
“Google” məhsullarının meneceri Əbdülkərim Mardini (AbdelKarim Mardini) bildirib ki, proqram şəbəkəyə kompüterlə deyil, mobil telefonlar vasitəsilə daxil olan növbəti milyard istifadəçi üçün nəzərdə tutulub.
Qeyd edək ki, son il ərzində Filippində smartfon istifadəçilərinin sayı 3 dəfə artıb.Dünyada internet istifadəçilərinin ümumi sayı isə 2 milyard insanı ötür.
EMİL
09/11/12 Çap et